İnternetdə yeni nəsil hetçbək Mercedes-Benz A-Class-ın ilk fotoları peyda olub. O, baza versiyasında olan AMG Line-dır. Avtomobilin şəkillərini məşhur Mercedes-Benz Passion Blog nəşriyyatı dərc edib. Bildirildiyi kimi, avtomobil canlı olaraq yalnız Cenevrə avtosalonunda nümayiş olunacaq.

Qeyd edək ki, hər dəfə yeni avtomobil debüt etdikdə biz onu rəsmi şəkillərdə və ən bahalı versiyada görürük. Yeni Mercedes-Benz A-Class-ın da təqdimatı belə oldu.
İndi biz dördüncü nəsil hetçbək Mercedes-Benz A-Class-a ən mümkün variantda baxa bilirik. Kompakt 5-qapılı model 16-düymlük gözəl təkər diskləri, diodlu işıqlar alıb.
Xarici görünüşə baxan bəzi insanlar yeni hetçbək Mercedes-Benz A-Class-ı yüksək statusa layiq görməsələrdə, interyer hətta adi konfiqurasiyada belə çox cəlbedici görünür. Artıq baza versiyasında avtomobil rəqəmsal cihazlar paneli və 7-düymlük monitoru olan informasiya-əyləncə sistemi alır.
Yeni modelin standart versiyasında salon parçadan, 1-zonalı avtomat klimat kontrol ilə təklif ediləcək. Buna baxmayaraq, təchizatda əlavə pul ödəmək üçün elə də çox şey olmayacaq. Məsələn, kruiz-kontrol, yağış sensoru və sürücülük rejimini seçmə imkanı yoxdur.