BMW-dən böyük elektrokar

BMW şirkəti Frankfurt avtosalonuna Vision Dynamics adlı konsept-kar gətirib. Yenilik seriyalı modeldən xəbər verir. O, elektrokar i3 ilə idman hibridi i8 arasında yer tutacaq.

52 49221.09.2017 12:00
BMW-dən böyük elektrokar

Yeniliyin güc qurğusu barədə hələlik məlumat verilmir. Buna baxmayaraq, şirkətdən bildiriblər ki, avtomobil yerindən 100 km/saata 4 saniyəyə sürətlənə bilər, onun maksimal sürəti 200 km/saatdır. Tam dolu elektrik enerjisi ilə o, 600 km məsafə qət edə bilər.

BMW Vision Dynamics uzun təkər bazası, getdikcə alçalan dam xətti, çox qısa qabaq və arxa kənarlar, o cümlədən böyük şüşələr alıb. Şirkətdən bildiriblər ki, bütün bunlar gələcəkdə avtomatik və yarıavtomatik idarəolunan avtomobillərin hamısı üçün xarakterik cəhətlər olacaq.

Elektrik enerjisi ilə 500-dən 700 km-dək məsafə qət edə biləcək i5-in seriyalı versiyası 2021-ci ildə işıq üzü görəcək. Güman edilir ki, elektrokar 3-cü mərhələyə aid avtonom idarəetmə sistemi alacaq.