Porsche Panamera-ya karbon geyindiriblər

Rusiyanın tüninq-atelyesi Topcar premial alman hetçbeki üçün yeni təkmilləşdirmə proqramı barədə elan verib.

74 98712.07.2017 10:10
Porsche Panamera-ya karbon geyindiriblər

Topcar mütəxəssisləri tərəfindən 971 banında yeni Porsche Panamera üçün hazrlanmış tam dəst ban asması Stingray GTR adı alıb və ona 20 element, o cümlədən kapot, bamperlər, yan ətəklər, arxa diffuzor, arxa spoyler və qaz buraxma sisteminin boruları daxildir.

Bütün komponentlər yüksək keyfiyyətli karbondan hazırlanıb. Bundan əlavə, atelyedə 21-düymlük eksklüziv disklər və qabaq tərəfdə 275/35 R21 və arxa tərəfdə 315/30R21 ölçüləri olan Pirelli şinləri təklif edirlər.