Novitec Maserati Levante-ni təkmilləşdirib

Novitec tüninq atelyesinin mütəxəssisləri Maserati Levante üçün təkmilləşdirmə proqramı təqdim ediblər. Proqrama həm güc aqreqatlarının təkmilləşdirilməsi, həm də krossoverin eksteryerinin dizaynının yaxşılaşdırılması daxildir.

45 83006.04.2017 11:11
Novitec Maserati Levante-ni təkmilləşdirib

Alman tünerlər yolsuzluq avtomobili üçün karbondan hazırlanmış aerodinamik bodi-kit düzəldiblər. Avtomobil yeni qabaq və arxa spoylerlər, yan ətəklər və arxa diffuzor alıb.

Novitec-də, həmçinin Levante-nin asılqanını 25 mm aşağı salıblar və o, müvafiq olaraq qabaq və arxada 265/35 və 295/30 ölçülü şinləri olan 22-düymlük xüsusi təkər diskləri alıb. Tünerlər 3,0-litrlik benzin mühərrikin gücünü 430-dan 494 a.g.-ə qədər artırıblar. Bu, krossoveri ilk yüzlüyə 4,8 saniyəyə sürətləndirir. Maksimal sürət 272 km/saatdır.

Dizel modifikasiyası da gücləndirilib. O, 275 a.g. və 600 Nm-dən 322 a.g. və 680 Nm-dək güclü olub. Bu modifikasiya avtomobili ilk yüzlüyə 6,2 saniyəyə sürətləndirir. Maksimal sürət barədə hələlik məlumat verilmir.