Elanlar
Elanınızın maksimum baxış sayını təmin etməklə necə daha tez satmaq olar
Auto.az İnternetdə unikal qısa ünvanlara (domenlərə) malikdir: Auto.az, Avto.az, Moto.az – bu da Azərbaycandan digər qitələrdəki ölkələrə qədər dünyanın bütün axtarış sistemlərində axtarış nəticələrinin ilk mövqelərində yer almağa imkan verir.
Adətən, avto və ya moto axtarışı zamanı "auto", "avto" və ya "moto" sözlərdən istifadə olunur, və bununla da axtarış nəticələri Auto.az və Moto.az ilə başlayır.
Satıcılar üçün elanları yerləşdirmək və idarə etmək rahatdır – biz bütün imkanları təklif edirik: çoxlu sayda yüksək keyfiyyətli şəkillərdən tutmuş, satılan malın xüsusiyyətlərinin ətraflı təqdiminə qədər.
İstifadəçinin kabineti olduqca sadədir, uzun müddət öyrəşmək məcburiyyətində qalmayacaqsınız, hər şey rahatdır və öz yerindədir.
Alıcılara axtarmaq və, ən əsası, axtardıqlarını tapmaq asandır: hər bir internet istifadəçisi üçün başa düşülən geniş və mətn üzrə axtarışları. Axtarış sisteminin alqoritmləri isə, axtarış sorğusu tam və ya düzgün qeyd olunmayıbsa belə, lazım olanı tapmağa kömək edəcək.
Auto.az avtomobil və motosiklet sürücüləri üçün universal platformadır, burada avtomobillər, motosikletlər və mopedlər, habelə ehtiyat hissələri və qeydiyyat nişanları satılır. Əlavə olaraq, avtobuslarının, yük maşınlarının, qoşqularının və digər tikinti və kənd təsərrüfatı texnikalarının satışı haqqında elanları tapa bilərsiniz.
Uzun illər təcrübəmizə əsasən, Auto.az Azərbaycanda istifadə üçün maksimum şəkildə adaptasiya edilmişdir.
Elanınızı yerləşdirin, biz onu sayı yüz minlərlə olan və hər gün artan potensial alıcılara çatdırmağa kömək edəcəyik.
Elanı yerləşdirmədən öncə Auto.az-da elan yerləşdirmə qaydaları ilə tanış olun.
Saytın tam versiyasında – səhifənin yuxarı sağ küncündə “Elan yerləşdirmək” düyməsinə klikləyin.
Mobil versiyada və tətbiqlərdə – alt menyuda + işarəsinə klikləyin.
Elanınızı yerləşdirmək istədiyiniz kateqoriyanı seçin.
Nəzərə alın ki, avtobusların, yük maşınlarının və digər kommersiya nəqliyyatının elanları Texnika kateqoriyasında yerləşdirilməlidir.
Göstərilən xanaları addım-addım doldurun.
Xanaları diqqətlə və səhvsiz doldurmağa çalışın, bu alıcılar tərəfindən elanların axtarışında vacib rol oynayır.
Keyfiyyətli şəkilləri yükləyin – elanınızın daha çox baxılmasını və malınızın tez satılmasını təmin edəcəksiniz.
Şəkillərə tələblər haqqında daha ətraflı məlumatı bu səhifədə tapa bilərsiniz.
Əlaqə məlumatları səhifəsində sizinlə əlaqə saxlamaq üçün elektron poçt ünvanınızı və telefon nömrənizi daxil edin.
Telefon nömrəsini təsdiqləmək üçün qeyd etdiyiniz nömrəyə kod göndəriləcək.
Əgər kabinetinizə artıq daxil olmusunuzsa, nömrənin təkrar təsdiq edilməsinə ehtiyac yoxdur.
Son addımda yerləşdirmə variantları təklif olunacaq: Standart, VİP və ya Premium.
VİP və Premium yerləşdirmə variantları daha çox izlənmə və, nəticədə, daha tez satılmasının imkanlarını yaradırlar.
Uyğun variantı seçdikdən sonra, Yerləşdirmək düyməsinə klikləyin.
Hazırdır! Elanınız yoxlanışa göndərilib və, yerləşdirmə qaydalarını pozmursa, tezliklə saytda yerləşdiriləcək.
Elanın yerləşdirilməsi barədə bildirişi təqdim etdiyiniz elektron poçt ünvanına alacaqsınız.
Uğurlu satıcının sirri 3 amildən ibarətdir:
1. Keyfiyyətli məzmun.
Elandaki təsvir qısa və dolğun olmalıdır. Məsələn, avtomobil avadanlıqlarının ətraflı siyahısı ilə təsviri həddindən artıq yükləməyin – elanı yerləşdirəndə bunun üçün xüsusi xanalar mövcuddur. Nəqliyyat vasitəsinin sahib olduğunuz zamanın tarixi ilə təsvir edin.
Şəkillər – daha çox keyfiyyətli şəkilləri yükləyin, biz həm yükləyə biləcəyiniz şəkillərin sayını (hər bir elan üçün 24-ə qədər), həm də şəkillərin ölçüsünü artırdıq. Avtomobilin şəklini çəkərkən, ona fokuslanın, yola və ya yaxınlıqdakı obyektlərə, məsələn, ağaclara və ya yoldan keçən insanlara deyil. Bu, elanı daha cəlbedici edəcək.
Şəkillərə tələblər haqqında daha ətraflı məlumatı bu səhifədə tapa bilərsiniz.
2. Rəqabətli qiymət.
Təklif etdiyiniz qiymətin digər satıcıların təkliflərinə qarşı rəqabətli olmasına diqqət edin.
3. İrəlilətmə
İrəlilətmə alətləri daha tez satmağa kömək edir.
Elanın irəli çəkilməsi elanın tarixini yeniləyərək, onu Yeni elanların və elanınıza uyğun kriteriyalara görə axtarış nəticələri səhifələrində ən yuxarı hissəsində yerləşdiricək.
VİP – elanınız VİP bölməsində göstəriləcək, həmçinin əsas səhifədəki və axtarış nəticələrində VİP bloklarında yer alacaq.
Mobil versiyada və tətbiqlərdə elanınız daha böyük formatda olacaq, şəkillərin miniatür təsviri dördə qədər artacaq.
Premium – elanınız əsas səhifədə göstəriləcək (mobil versiyada və tətbiqlərdə ən böyük formatda) və xidmətin aktivlik müddətinin sonunadək orada qalacaq, onu görməmək mümkün olmayacaq.
Əlavə VİP xidməti bonus olaraq pulsuz tətbiq olunur.
Qeyd olunan tövsiyələr birləşdirildikdə, elanınızın daha geniş auditoriyaya yayılmasına, daha çox baxılmasına və tez satılmasına gətirəcək.
“İrəli çək” – ödənişli irəlilətmə xidmətidir. Bu xidmət elanınızı digər elanlar arasında daha yüksək sıralara qaldırır. Nəticədə, elanınıza baxan potensial alıcıların sayı daha çox olur və siz malları daha tez satırsınız.
Xidmət tətbiq olunduqdan sonra elanınız son elanlar səhifəsində və axtarış nəticələrində birinci yerə qalxacaq – sanki onu elə indicə yerləşdirmisiniz. Elanın dərc olunma tarixi xidmətin tətbiq olunma tarixi ilə əvəzlənir.
Xidmətin ödənişi nə qədərdir?
Qiymət elanın yerləşdirildiyi kateqoriyadan asılıdır.
Xidməti həm bir dəfə, həm də daha sərfəli olan 3, 5 və 10 dəfəlik (24 saatdan bir) paket şəklində ala bilərsiniz – elanınız hər 24 saatdan bir avtomatik olaraq "yeni" olacaqdır.
“VIP” və ya “Premium” xidmətlərini aldıqda, “İrəli çək” xidməti bonus olaraq pulsuz tətbiq olunur.
Xidmət elanın aktivlik müddətinə təsir edirmi?
“İrəli çək” xidməti birdəfəlik istifadə üçün olduğundan elan saytda aktiv olduğu halda onun aktivlik müddətinə heç cür təsir etmir. Əgər elanın yerləşdirilmə müddəti xidmətin müddətindən tez başa çatırsa, o zaman yerləşdirilmə müddəti xidmətin təmin edilməsi üçün lazım olan günlərin sayına uzadılacaq.
Nümunə:
1 yanvar: elan yerləşdirdiniz – elanın müddəti 30 gündür (yanvarın 1-dən 31-dək).
6 yanvar: elanın müddətinin bitməsinə 25 gün qalır.
“İrəli çək” xidmətini birdəfəlik və ya 10 dəfəlik paketdə tətbiq etməklə, elanın yerləşdirmə müddəti dəyişməyəcək, çünki bütün irəlilətmələr elanın aktiv müddəti daxilində baş verəcək.
30 yanvar: elanın bitməsinə 1 gün qalır.
“İrəli çək 3 dəfə” xidmətini tətbiq etməklə, elanın yerləşdirilmə müddəti 2 fevral tarixinə qədər uzadılacaq, elan isə 30 yanvar alınan zaman, və 2 dəfə, hər 24 saatdan bir – 31 yanvar və 1 fevral tarixində yuxarı qaldırılacaq.
“İrəli çək 10 dəfə” xidmətini tətbiq etməklə, elanın yerləşdirilmə müddəti 9 fevral tarixinə qədər uzadılacaq, elan fevralın 8-dək hər gün yuxarı qaldırılacaq.
Rahatlığınız üçün, Şəxsi kabinetinizdə hər bir aktiv elanın yanında onun Auto.az-da nə vaxtadək aktiv olunacağı göstərilir.
Xidməti bir neçə dəfə tətbiq etdikdə nə baş verəcək?
Əgər siz “İrəli çək” xidmətini bir neçə dəfə alsanız, hər bir sifariş ödənişdən dərhal sonra yerinə yetiriləcək.
Nümunə:
“İrəli çək” xidmətini gün ərzində elana 5 dəfə tətbiq edirsiniz. Bu halda elan elə həmin gün ödənişdən dərhal sonra 5 dəfə irəli çəkilir.
“VİP” – ödənişli irəlilətmə xidmətidir. Onu tətbiq etdikdə, elanınız VİP bölməsində, həmçinin əsas səhifədə və axtarış nəticələrində VİP bloklarında təsadüfi qaydada göstəriləcək.
Mobil versiyada və tətbiqlərdə elanınız daha böyük formatda olacaq, şəkillərin miniatür təsviri dördə qədər artacaq.
Xidmətin tətbiq olunduğu elanlarda xüsusi "brilyant" nişanı yerləşdirilir.
Xidməti həm yeni elan yerləşdirəndə, və ya arxiv elanın bərpasında, həm də aktiv elan üçün tətbiq etmək mümkündür.
Xidmətin ödənişi nə qədərdir?
Qiymət elanın yerləşdirildiyi, və ya yerləşdirilən, kateqoriyadan asılıdır.
Xidməti müxtəlif müddətə almaq olar – müddət nə qədər uzun olsa, təklif bir o qədər sərfəlidir.
“VİP” xidmətini aldıqda, “İrəli çək” xidməti bonus olaraq pulsuz tətbiq olunur.
“VİP” xidməti necə işləyir?
Hər səhifə yenilənməsi zamanı sistem elanları təsadüfi qaydada elə seçir ki, eyni paketin tətbiq olunduğu VİP elanlar potensial alıcılara bərabər sayda göstərilir. Hətta, əgər sizdə hər hansısa elan görünmürsə, həmin anda bu elanı digər ziyarətçilərin gördüyünə əmin ola bilərsiniz.
Xidmət elanın aktivlik müddətinə təsir edirmi?
Elanın aktivlik müddəti xidmətin müddətindən daha öncə bitirsə, təsir edir.
Əgər elanın standart aktivlik müddəti daha tez başa çatarsa, avtomatik uzadılacaq.
Əgər elanın müddəti artıq başa çatıbsa, “VİP” xidmətinin tətbiq olunduğu andan etibarən elan bu xidmətin müddətinə bərabər müddət üçün bərpa olunacaq.
Nümunə:
1 yanvar: elan yerləşdirdiniz – elanın müddəti 30 gündür (yanvarın 1-dən 31-dək).
6 yanvar: elanın müddətinin bitməsinə 25 gün qalır (yanvarın 6-dan 31-dək). Əgər siz “VİP” xidmətini 5 və ya 15 gün müddətinə aktivləşdirsəniz, elanın aktivlik müddəti dəyişməyəcək, çünki xidmətin tətbiq olunması elanın aktiv müddəti daxilində baş verəcək.
28 yanvar: elanın müddətinin bitməsinə 3 gün qalır (yanvarın 28-dən 31-dək). Əgər siz “VİP” xidmətini 5 gün müddətinə aktivləşdirsəniz, xidmətin 5 gün müddətində aktiv qalması üçün elanın aktivlik müddəti 2 gün uzadılacaq.
1 fevral: elanın aktivlik müddəti artıq başa çatıb (yanvarın 1-dən 31-dək). Əgər siz “VİP” xidmətini 5 gün müddətinə aktivləşdirsəniz, elan bərpa olunacaq və onun aktivlik müddəti 5 gün müddətinə uzadılacaq.
Bütün bu müddətlərin daha sadə göstərilməsi mümkündürmü?
Əlbəttə!
Rahatlığınız üçün, Şəxsi kabinetinizdə hər bir aktiv elanın yanında onun Auto.az-da nə vaxtadək aktiv olunacağı, və ödənişli xidmətin hansı tarixə qədər tətbiq olunduğu göstərilir.
Xidməti bir neçə dəfə tətbiq etdikdə nə baş verəcək?
VİP üstünlüklərin təsiri uzadılacaq və daha uzun müddətə aktiv olacaq.
Nümunə:
Əgər siz 5 günlük “VİP” xidmətini iki dəfə tətbiq etsəniz, VİP üstünlüklərin təsir müddəti 10 gün təşkil edəcək. “İrəli çək” xidmətinin ilk ödənişsiz tətbiqi birinci alış anda, ikinci tətbiqi isə – ikinci müddətin qüvvəyə mindiyi anda, yəni 5 gün sonra baş verəcək.
Elan redaktə edildikdən sonra VİP statusunu itərəcəkmi?
Xeyr, itirməyəcək, əgər dəyişikliklər saytın qaydalarını pozmursa.
“Premium” – ödənişli irəlilətmə xidmətidir. Bu xidməti tətbiq etdikdə, elanınız saytın əsas səhifəsində xüsusi ayrılmış blokda göstəriləcək və aktivlik müddətinin sonunadək burada qalacaq. Siz belə elanların hamısını eyni zamanda bir səhifədə görə bilərsiniz.
Mobil versiyada və tətbiqlərdə elanınız daha böyük formatda olacaq (əsas səhifədə VİP elanlarından da böyük), şəkillərin miniatür təsviri dördə qədər artacaq.
Xidmətin tətbiq olunduğu elanlarda xüsusi "tac" nişanı, həmçinin “VİP” nişanı ("brilyant") yerləşdirilir.
Xidməti həm yeni elan yerləşdirəndə, və ya arxiv elanın bərpasında, həm də aktiv elan üçün tətbiq etmək mümkündür.
Xidmətin ödənişi nə qədərdir?
Qiymət elanın yerləşdirildiyi, və ya yerləşdirilən, kateqoriyadan asılıdır.
Xidməti müxtəlif müddətə almaq olar – müddət nə qədər uzun olsa, təklif bir o qədər sərfəlidir.
“Premium” xidmətini aldıqda, bonus olaraq elana eyni müddətlik “VİP” xidməti və “İrəli çək” xidməti tətbiq olunurlar.
“Premium” xidməti necə işləyir?
Əgər elan artıq saytdadırsa, xidmət uğurlu ödənişdən dərhal sonra tətbiq olunur.
Əgər uğurlu ödəniş hələ yoxlamada olan elan üçün həyata keçirilibsə, xidmət elan saytda dərc olunduqdan sonra tətbiq olunacaq.
Elan xidmətinin müddəti başa çatana qədər əsas səhifədəki Premium blokunda yer alır.
Elanlar Premium blokunda “İrəli çək” xidmətinin son tətbiq olunma tarixinə görə (sonuncudan birinciyədək) yerləşir.
Premium blokunda yer alan elana “İrəli çək” xidməti tətbiq olunduqda, o bu blokdakı digər elanlar arasında yuxarı sıralara qalxır.
Xidmət elanın aktivlik müddətinə təsir edirmi?
Elanın aktivlik müddəti xidmətin müddətindən daha öncə bitirsə, təsir edir.
Əgər elanın standart aktivlik müddəti daha tez başa çatarsa, avtomatik uzadılacaq.
Əgər elanın müddəti artıq başa çatıbsa, “Premium” xidmətinin tətbiq olunduğu andan etibarən elan bu xidmətin müddətinə bərabər müddət üçün bərpa olunacaq.
Nümunə:
1 yanvar: elan yerləşdirdiniz – elanın müddəti 30 gündür (yanvarın 1-dən 31-dək).
6 yanvar: elanın müddətinin bitməsinə 25 gün qalır (yanvarın 6-dan 31-dək). Əgər siz “Premium” xidmətini 5 və ya 15 gün müddətinə aktivləşdirsəniz, elanın aktivlik müddəti dəyişməyəcək, çünki xidmətin tətbiq olunması elanın aktiv müddəti daxilində baş verəcək.
28 yanvar: elanın müddətinin bitməsinə 3 gün qalır (yanvarın 28-dən 31-dək). Əgər siz “Premium” xidmətini 15 gün müddətinə aktivləşdirsəniz, xidmətin 15 gün müddətində aktiv qalması üçün elanın aktivlik müddəti 12 gün uzadılacaq.
1 fevral: elanın aktivlik müddəti artıq başa çatıb (yanvarın 1-dən 31-dək). Əgər siz “Premium” xidmətini 15 gün müddətinə aktivləşdirsəniz, elan bərpa olunacaq və onun aktivlik müddəti 15 gün müddətinə uzadılacaq.
Bütün bu müddətlərin daha sadə göstərilməsi mümkündürmü?
Əlbəttə!
Rahatlığınız üçün, Şəxsi kabinetinizdə hər bir aktiv elanın yanında onun Auto.az-da nə vaxtadək aktiv olunacağı, və ödənişli xidmətin hansı tarixə qədər tətbiq olunduğu göstərilir.
Xidməti bir neçə dəfə tətbiq etdikdə nə baş verəcək?
Premium üstünlüklərin təsiri uzadılacaq və daha uzun müddətə aktiv olacaq.
Nümunə:
Əgər siz 5 günlük “Premium” xidmətini iki dəfə tətbiq etsəniz, Premium üstünlüklərin təsir müddəti 10 gün təşkil edəcək. “İrəli çək” xidmətinin ilk ödənişsiz tətbiqi birinci alış anda, ikinci tətbiqi isə – ikinci müddətin qüvvəyə mindiyi anda, yəni 5 gün sonra baş verəcək.
Elan redaktə edildikdən sonra Premium statusunu itərəcəkmi?
Xeyr, itirməyəcək, əgər dəyişikliklər saytın qaydalarını pozmursa.
“Keyfiyyətli elanlar” digər elanlara nisbətən üstünlüklərə malikdir, onlar daha cəlbedicidir, tövsiyələrdə daha çox göstərilirlər və baxılırlar. Nəticədə, bu elanlarda yerləşdirilən mallar daha tez satılır.
“Keyfiyyətli elanlar” "ulduz" şəklində keyfiyyət stikerini alırlar.
Stikerlər Avtomobillər, Motosikletlər, Texnika, Ehtiyat hissələri və Aksesuarlar kateqoriyalarının elanlarına verilir.
Bunun üçün nə lazımdır?
Keyfiyyət stikerini tamamilə pulsuz əldə etmək olar, onlara heç bir ödəniş tələb olunmur.
Elan tam doldurulduqda, informativ təsvir və keyfiyyətli şəkillər təqdim olunduqda, Administrasiya tərəfindən “keyfiyyətli” kimi qeyd olunur.
Elanlara baxarkən alıcıların diqqətini çəkən ilk növbədə – şəkillərdir.
Adətən, istifadəçilər əvvəl keyfiyyətli şəkillərlə olan elanları açırlar. Belə elanlara daha çox baxılır. Avtomobilinizi, motosikletinizi, və ya digər malınızı nə qədər cəlbedici və ətraflı göstərərsinizsə – potensial alıcılar elanınızda bir o qədər vaxt qalacaqlar. Bu isə daha tez satmaq şanslarını artırır.
Şəkillər haqqında nəyi bilmək vacibdir
Elandakı birinci şəkil ən informativ olmalıdır, çünki o əsas şəkildir və alıcılar siyahılarda məhz onu görəcəklər.
Şəkillər sizin olmalıdır, internetdən götürülməməlidir. Yaxşı işıqlandırma şəraitində çəkilməlidir, şəkillərdə çərçivələr və loqotiplər olmamalıdır, Auto.az loqotipi olsa belə. Şəkillərdə telefon nömrəsi, qiymət və ya başqa yazılar göstərilməməlidir. Redaktə edilmiş şəkillərlə, tətbiq və saytlardan ekran şəkilləri ilə elanlar dərc olunmur.
Süni intellekt vasitəsilə yaradılmış və ya redaktə olunmuş şəkillərin istifadəsi qadağandır.
Şəkilləri necə çəkmək lazımdır
Daha çox keyfiyyətli şəkilləri yükləyin, biz həm yükləyə biləcəyiniz şəkillərin sayını (hər bir elan üçün 24-ə qədər), həm də şəkillərin ölçüsünü artırdıq (eninə 900 pikseldən az olmayaraq şəkil əlavə etməyi tövsiyə edirik).
Avtomobilin şəkillərini çəkirsinizsə:
– ilk növbədə onu çəkiliş üçün hazırlayın: təmiz deyilsə, yuyun, salondan lazımsız olan hər şeyi yığışdırın;
– ikincisi, və eyni vacib olan – tələsməyin – çəkiliş üçün sizi narahat etməyən və başqalarını narahat etməyəcəyiniz açıq bir yer tapın;
– gün ərzində, yaxşı havada və günəşə qarşı olmayan şəkil çəkin ki, fotodakı rənglər avtomobilin əsl rəngini əks etdirsin;
– üfuqi çəkilişi seçin, kadrlarda avtomobili daha geniş göstərə biləcəksiniz. Avtomobilin şəklini çəkərkən, ona fokuslanın, yola və ya yaxınlıqdakı obyektlərə, məsələn, ağaclara və ya yoldan keçən insanlara deyil;
– oxşar kadrları çəkmək lazım deyil, onlar alıcılara kömək etmir.
Şəkillərdə nə olmalıdır
Elanların hər bir kateqoriyasının öz tələbləri var:
Avtomobillər: ön görünüşü, arxa, sol, sağ və salon – minimum 5 şəkil, maksimum 24.
Motosikletlər: ön görünüşü, arxa, sol, sağ və cihazlar paneli – minimum 5 şəkil, maksimum 24.
Texnika: ön görünüşü, arxa, sol, sağ və salon – minimum 5 şəkil, maksimum 24.
Ehtiyat hissələri və Aksesuarlar: minimum 1 şəkil, maksimum 24.
Nömrələr: şəklin (texniki pasport) yüklənməsi mütləq deyil.
Avtomobilin nömrəsini gizlətmək olarmı?
Stikerlər, smayllar və parlaq rənglər olmadan, yalnız ağ və ya qara rənglərlə səliqəli edilibsə, bəli.
Elandakı yaxşı və pis şəkillərin nümunələri:
Ön görünüş şəkli üçün optimal rakurs seçilib, şəkil kəsilməyib, uzaqdan çəkilməyib, fokus avtomobildədir.
Üfüq xətti şəklin aşağı/yuxarı xəttlərinə paraleldir.
Sol tərəf görünüş şəkli üçün optimal rakurs seçilib, şəkildə çərçivələr yoxdur, uzaqdan çəkilməyib, fokus avtomobildədir.
Üfüq xətti şəklin aşağı/yuxarı xəttlərinə paraleldir, telefondan ekran şəkli deyil.
Avtomobilin salonunun şəkli üçün optimal rakurs seçilib, şəkil kəsilməyib.
Avtomobilin qeydiyyat nişanı səliqəli silinib, şəkildə hər hansı loqotip mövcud deyil.
Elanı “Nömrələr” bölməsinə yerləşdirərkən satıcılar texniki pasportun şəklini yükləmək imkanına malikdirlər.
Qeydiyyat şəhadətnaməsinin şəklini yükləmək mütləq deyil. Bu nömrənin sahibliyini təsdiqləmək üçün lazımdır.
Elanınızın səhifəsində yüklənmiş şəkil göstərilməyəcək, istifadəçilər onu görməyəcək.
Yüklənmiş şəkli olan elanlar təsdiqlənmiş statusu alır və müvafiq işarə ilə saytda göstərilir.
“✅ Təsdiq edilib” işarəsi olan elanlarına daha çox etibar edilir.
Şəkil yüksək keyfiyyətli və heç bir qrafiki redaktorda redaktə olunmamış olmalıdır.
Texniki pasportun yeni variantının illüstrasiyası:
Texniki pasportun köhnə variantının illüstrasiyası:
Hər bir elan Auto.az-da yerləşdiriləndə, və ya elanda dəyişikliklər ediləndən sonra, yoxlanılma prosesini (moderasiyanı) keçir.
Adətən yoxlama 2 dəqiqədən 30 dəqiqəyə qədər çəkir, bəzi hallarda proses bir az uzana bilər.
Biz çalışırıq ki, elanınız mümkün qədər tez Auto.az-da yerləşdirilib potensial alıcılara çatsın.
Elanın yoxlamadan keçdiyini necə bilmək olar?
Elan yoxlamadan keçdikdən sonra, biz elanda qeyd etdiyiniz elektron poçt ünvanına bildiriş göndəririk.
Elanınızın statusunu Şəxsi kabinetinizdə görə bilərsiniz.
Yoxlama zamanı ödənişli irəlilətmə xidmətlərinin müddəti
Yeni elanlar üçün – xidmətlərin müddəti hələ başlamayıb, yalnız saytda dərc edildikdən sonra başlayacaq.
Redaktə olunmuş elanlar üçün – qoşulmuş xidmətlərin müddəti dayandırılmır.
Nümunə:
Saat 11:20-də siz ödənişli “Premium” irəlilətmə xidməti ilə yeni elan yerləşdirdiniz, elan moderasiyaya göndərildi.
11:25-də yoxlama başa çatdı və elan Auto.az-da dərc olundu.
“Premium” xidmətinin müddəti elanın yoxlamadan keçdiyi vaxtdan, yəni 11:25-də başlayacaq.
Yoxlamada olan elanı redaktə etmək mümkündürmü?
“Yoxlanılır” statusunda olan elanı redaktə edə bilməzsiniz. Yoxlamanın bitməsini gözləmək lazımdır, yalnız bundan sonra elanınızda dəyişiklik edə biləcəksiniz.
Elanlar bərpa edildikdə yoxlanılırmı?
Xeyr, bu halda onları yenidən yoxlamağa ehtiyac yoxdur, elan Auto.az-da dərhal göstəriləcək.
Hər bir elan, Auto.az-da yerləşdiriləndə, və ya elanda dəyişikliklər ediləndən sonra, yoxlanılma prosesini (moderasiyanı) keçir.
Əgər elan Yerləşdirmə qaydalarını pozursa, həmin elan qəbul olunmayacaq, və qəbul olunmamağın səbəbi elanı yerləşdirərkən qeyd olunan elektron poçt ünvanına göndərilən bildirişdə göstəriləcək.
Həmçinin, Şəxsi kabinetinizə daxil olaraq, elanın qəbul olunmamağın səbəbini öyrənə bilərsiniz.
Ciddi və ya təkrarlanan qayda pozuntuları aşkar edildikdə, istifadəçinin girişi məhdudlaşdırıla bilər.
Elanın kateqoriyasından asılı olaraq, ona dəyişikliklər etmək mümkündür: şəkilləri əlavə etmək və silmək, qiyməti və təsviri dəyişdirmək.
Elanı necə redaktə etmək olar?
Saytın tam versiyasında – Şəxsi kabinetinizdə “Mənim elanlarım” səhifəsinə daxil olub, “Aktiv olanlar” bölməsinə keçin. Hər bir elanın yanında həmin elanla mümkün olan bütün əməliyyatlar, redaktə daxil olmaqla, göstəriləcək.
Mobil versiyada və tətbiqlərdə – dəyişiklikləri həm Şəxsi kabinetdən, həm də elanın öz səhifəsindən, yuxarı sağ küncdə olan üç nöqtə işarəsinə sıxmaqla, edə bilərsiniz. Redaktə etmək imkanı yalnız elanın müəllifi kimi sistemə daxil olduğunuz halda göstəriləcək.
Redaktə olunduqdan sonra elan yoxlanılma prosesini (moderasiyanı) keçir.
Adətən yoxlama 2 dəqiqədən 30 dəqiqəyə qədər çəkir, bəzi hallarda proses bir az uzana bilər.
Yoxlamada olan elanı redaktə etmək mümkündürmü?
“Yoxlanılır” statusunda olan elanı redaktə edə bilməzsiniz. Yoxlamanın bitməsini gözləmək lazımdır, yalnız bundan sonra elanınızda dəyişiklik edə biləcəksiniz.
Arxivdə olan elanı redaktə etmək mümkündürmü?
Arxivdə olan elanı əvvəlcə bərpa etmək lazımdır, bundan sonra elanda dəyişiklikləri etmək mümkün olacaq.
Dəyişiklikləri neçə dəfə etmək olar?
24 saat ərzində bir elanı yalnız 2 dəfə redaktə etmək mümkündür.
Elanı yalnız elanın müəllifi silə bilər.
Elanı necə silmək olar?
Şəxsi kabinetinizdə “Mənim elanlarım” səhifəsinə keçin. Hər bir elanın yanında həmin elanla mümkün olan bütün əməliyyatlar, silmək daxil olmaqla, göstəriləcək.
Silindikdən sonra, elanın statusu “Aktiv olanlar”-dan “Arxiv”-ə dəyişəcək, istifadəçilər onu tapmayacaqlar və satıcının əlaqə məlumatlarını görə bilməyəcəklər. Elanı bərpa etmək yalnız ödənişli şəkildə mümkündür.
“Elanın bərpası” – ödənişli elan xidmətidir. Xidmət yalnız müddəti başa çatmış və ləğv olunmuş elanlara tətbiq oluna bilər.
“Elanın bərpası” necə işləyir?
Standart elanın yerləşdirmə müddəti 30 gündür. Əgər bu müddət başa çatırsa, və ya elan ləğv olunursa (təsadüfən və ya bilərəkdən), elan Arxiv statusuna keçir – alıcılar onu Auto.az-da axtarışlarda artıq tapa bilməyəcəklər və satıcının əlaqə məlumatlarını görməyəcəklər.
Müddətin başa çatması barədə bildiriş elanın yerləşdirilmə zamanı qeyd olunan elektron poçt ünvanına da göndərilir.
Elanı bərpa etmək üçün Şəxsi kabinetə daxil olub, “Mənim elanlarım” səhifəsində Arxiv bölməsinə keçmək, və elanın yanındakı “Bərpa etmək” düyməsini sıxmalısınız.
Auto.az-a elanın müəllifi kimi daxil olmusunuzsa, “Bərpa etmək” düyməsi elanın öz səhifəsində də göstəriləcək.
Bərpa elanı Aktiv elanlar siyahısına qaytarır, alıcılar onu tapa və əlaqə məlumatlarını görə biləcəklər.
Bərpa olunduqda, elana “İrəli çək” xidməti tətbiq olunur, elanınız son elanlar səhifəsində və axtarış nəticələrində birinci yerə qalxacaq – sanki onu elə indicə yerləşdirmisiniz.
Xidmətin ödənişi nə qədərdir?
Qiymət elanın kateqoriyasından, elanı yerləşdirmiş satıcının kateqoriyasından, və yerləşdirmə variantından asılıdır: “Standart”, “VİP” və ya “Premium” – burada elanın bərpa olunacaq müddətini də seçmək mümkündür.
Xidmət nə vaxt aktivləşir?
Xidmət tətbiq edildikdən dərhal sonra aktivləşir, əlavə yoxlama olmadan.
Elan nə qədər müddətə bərpa olunur?
Elanı həm standart yerləşdirilmə müddətinə (30 gün), həm də irəlilətmə xidmətlərini qoşmaqla bərpa etmək olar, bərpa müddəti qoşulmuş xidmətinin müddətinə bərabər olacaq.
Nümunə:
1 yanvar: elan yerləşdirdiniz – elanın müddəti 30 gündür (yanvarın 1-dən 31-dək).
6 yanvar: elanın müddətinin bitməsinə 25 gün qalır (yanvarın 6-dan 31-dək). Əgər elanı silib (Arxivə göndərməklə), yanvarın 8-də onu bərpa etmək istəsəniz:
– “Standart” bərpa olunmağı elanı 30 gün müddətinə bərpa edəcək (fevralın 7-dək), elanın tarixini yeniləyəcək və “İrəli çək” xidmətini tətbiq edəcək;
– “VİP 15 gün” bərpa olunmağı elanı 15 gün müddətinə (yanvarın 23-dək) tətbiq edilmiş “VİP” xidməti ilə bərpa edəcək.
Qoşulmuş irəlilətmə xidməti olan silinmiş elan nə qədər müddətə bərpa olunur?
Əgər elan qoşulmuş irəlilətmə xidmətinin qüvvədə olduğu müddət ərzində silinib bərpa olunursa, yeni irəlilətmə xidməti əvvəlkini ləğv etmir, həmin xidmət üçün günlərin sayını əlavə edir.
Nümunə:
1 yanvar: “VİP 15 gün” xidməti ilə elan yerləşdirdiniz – elanın müddəti 30 gün (yanvarın 1-dən 31-dək), “VİP” xidmətinin müddəti 15 gündür (yanvarın 1-dən 16-dək).
6 yanvar: elanın müddətinin bitməsinə 25 gün qalır, “VİP” xidmətinin bitməsinə isə 10 gün. Əgər siz elanı silsəniz (silindikdə qoşulmuş xidmətlərin müddəti dayandırılmır) və yanvarın 8-də onu bərpa etmək istəsəniz:
– “Standart” bərpa olunmağı elanı 30 gün müddətinə bərpa edəcək (fevralın 7-dək), “VİP” xidməti yanvarın 16-da bitəcək.
– “VİP 15 gün” bərpa olunmağı elanı 23 gün müddətinə (yanvarın 31-dək) bərpa edəcək, elana qoşulmuş bütün irəlilətmə xidmətlərinin sonunadək: 15 gün yanvarın 8-də bərpa olunduğu gündən deyil, əvvəlki “VİP” xidmətinin bitdiyi gündən, yanvarın 16-dan hesablanacaq.
Bütün bu müddətlərin daha sadə göstərilməsi mümkündürmü?
Əlbəttə!
Rahatlığınız üçün, Şəxsi kabinetinizdə hər bir aktiv elanın yanında onun Auto.az-da nə vaxtadək aktiv olunacağı, və ödənişli xidmətin hansı tarixə qədər tətbiq olunduğu göstərilir.
Limit – 30 gün müddətində ödənişsiz yerləşdirə biləcəyiniz elanların sayıdır.
Hər bir kateqoriyanın öz elan limiti var.
Limit, təkrarlanan və şübhəli elanların qarşısını almaq, elan axtarışını daha yaxşı etmək, eləcə də satıcıların daha çox baxış cəlb etməsini, malların satışının sürətlənməsini təmin etmək üçün lazımdır. Kateqoriya üzrə elan limitini aşan satıcılar ödənişli xidmətlərdən yararlanmaqla, və ya pulsuz şəkildə, müvafiq kateqoriyada yer azad olduqda öz elanlarını yerləşdirə bilərlər.
Əgər siz elan yerləşdirərkən limitlə qarşılaşmısınızsa, ödənişli xidmətlərin birindən yararlana bilərsiniz:
– Ödənişli elan (qiymət elanın kateqoriyasından asılıdır)
– VİP (qiymət elanın kateqoriyasından asılıdır)
– Premium (qiymət elanın kateqoriyasından asılıdır)
Limiti “VİP” və ya “Premium” vasitəsilə aradan qaldırdıqda, siz bu xidmətlərin bütün imkanlarını əldə edirsiniz və elanınız irəlilədilir.
Hansı elanlar limitdən istifadə etmiş sayılır?
Aşağıdakı hallarda limit 1 elan sayında azalır:
– limitdən istifadə edərək elan yerləşdirdikdə;
– elan yerləşdirib daha sonra ləğv etdikdə;
– elanı yerləşdirərkən təkrar olduğu üçün bloklandıqda və ya qəbul olunmadıqda;
– arxivdən elanı bərpa etdikdə.
Nümunə:
Limit – 30 gün müddətində 1 ödənişsiz elan.
Siz elanı yanvarın 1-də yerləşdirirsiniz. Limit istifadə olundu. Növbəti pulsuz elanı yanvarın 31-də yerləşdirə biləcəksiniz. Əgər yanvarın 5-də ödənişli elan yerləşdirsəniz, limitin bərpa tarixi dəyişməyəcək və növbəti pulsuz yerləşdirilmə yenə də yanvarın 31-də mümkün olacaq.
“Təkrar elan” – 90 gün ərzində təkrar və bənzər elanların ödənişli əsaslarla yerləşdirilməsi.
90 gün ərzində eyni nəqliyyat vasitəni, və ya eyni malı, və ya avtomobil qeydiyyat nişanını, bir dəfə pulsuz satışa çıxarmaq olar.
Elanlar təkrarən yerləşdirildiyinə görə niyə qəbul olunmur?
Siz eyni və ya bənzər nəqliyyat vasitəsini, və ya bənzər malı, və ya avtomobil qeydiyyat nişanını, bir neçə elan vasitəsilə satırsınız. 90 gün ərzində bunları etmək olmaz:
– eyni və ya bənzər nəqliyyat vasitəsinin, və ya bənzər malın, və ya avtomobil qeydiyyat nişanının, yer aldığı yeni elanı yerləşdirmək;
– birinci elanı ləğv edib, eyni və ya bənzər nəqliyyat vasitəsi, və ya bənzən malı, və ya avtomobil qeydiyyat nişanı, üçün yeni elan yerləşdirmək;
– bu nəqliyyat vasitəni, və ya malı, və ya avtomobil qeydiyyat nişanını, başqa bir elanın təsvirində xatırlatmaq;
– bu nəqliyyat vasitəsinin, və ya malın, və ya avtomobil qeydiyyat nişanının, şəkillərini başqa bir elanda istifadə etmək.
Nə etmək olar?
Birinci elanı istifadə edin. Biz eyni və ya bənzər təklifin yer aldığı hər bir elanı bloklayırıq, amma ən birinci elanı saxlayırıq. Əgər siz onu ləğv etmisinizsə, yenidən bərpa edə bilərsiniz. Bərpa ödənişlidir.
Əgər təsvirdə nəyisə qeyd etməyi unutmusunuzsa, şəkilləri və ya qiyməti dəyişmək istəyirsinizsə, birinci elana düzəliş edin.
Elanın axtarış nəticələrində yuxarı sıralarda yer alması üçün ona ödənişli xidmətləri tətbiq edin.
Yeni, təkrarən yerləşdirildiyinə görə qəbul olunmayan, elanı yerləşdirmək üçün “Təkrar elan” xidmətini tətbiq edə bilərsiniz. Bu halda birinci elan qəbul olunmayacaq.
Niyə təkrar elan yerləşdirmək olmaz?
Təkrar elanlar axtarışı çətinləşdirir. Bir-birini təkrarlayan elanların arasında məhsul və ya xidmət axtarmaq çətindir – hansı elanları daha əvvəl gördüyünü, hansıların onların təkrarı olduğunu, hansıları isə hələ açmadığını başa düşmək mümkün deyil. Bu çox vaxt aparır və neqativ təəssüratlara səbəb olur. Alış prosesi uzanır və ya ümumiyyətlə dayandırılır.
Başqa nömrədən təkrar elan yerləşdirmək olarmı?
90 gün ərzində başqa bir nömrədən eyni və ya bənzər elanı yerləşdirmək olmaz. Hətta bu da sizin nömrəniz, və ya dostunuzun, həyat yoldaşınızın, qohumunuzun və ya qonşunuzun nömrəsi olsa belə – yenə də olmaz.















