Mini Cooper S, r56, Special Edition
Mühərrik: BMW n18, 1.6 Turbo
Sürətlər qutusu: 6-pilləli Sadə avtomat (Yapon Aisin)
Kruiz-kontrol, Klimat-kontrol, Güzgülərin elektron tənzimlənməsi, Adaptiv Xenon faralar.
Avtomobil çox yaxşı vəziyyətdədir və heç bir ciddi xərc tələb etmir. Təzəlikçə 4 ədəd yeni təkər alınıb. Üzərindəki ağ xətlər texpasportda “ağ xətlə” kimi qeyd olunub.
Yalnız şəhər üçün deyil, uzun məsafələri də zövqlə qət etmək üçün çox sürətli və komfortlu avtomobildir. Yanacaq sərfiyyatı şəhərdə 9–10 litr, trasda isə 6–7 litrdir. 92 markalı benzindən istifadə etmək mümkündür və bu, qətiyyən heç bir problem yaratmır. Mühərrik və sürətlər qutusu çox etibarlıdır. Sadəcə keyfiyyətli mühərrik yağından istifadə etmək kifayətdir.
Avtomobilin bütün ehtiyat hissələrini Bakıda həm yeni, həm də işlənmiş vəziyyətdə rahat tapmaq mümkündür. Alan şəxsə ehtiyat hissələrini satan etibarlı şəxslərin əlaqə nömrələrini verəcəyəm.
Xahiş edirəm, avtomobil alqı-satqısı ilə məşğul olan şəxslər narahat etməsin. Qiyməti real alıcı ilə yerində razılaşa bilərik. 10.000 azn-dək yaxşı vəziyyətdə olan avtomobil ilə barter edə bilərəm (Avtomat korobka).