Toyota Yaris Crossun "Hibrid Adventure" komplektasiyasıdır. Avtomobili rəsmi Toyota Bakı servisindən 0Km olaraq 2023cü ildə 46500₼-a alınıb. Rəsmi servisdə hələ 6 il (2032yə qədər) və ya 130.000Km (180.000KMə qədər) zəmanəti qalıb. Suallarınıza cavab üçün sonadək oxuyun.
Mühərrik 1.5 sadə hibriddir, əlavə toka qoşmağa ehtiyac yoxdur. Sürət keçidi Toyota pilləsiz e-cvt texnologiyasıdır və səssizdir. Çox qənaətcildir, şəhər içi 100ə/3.5L yandırır. Yaris Crossun cəmdə at gücü 132-dir. Bütün dövrlər üzrə rəsmi servis tarixçəsi var. Vaxtı-vaxtında hər şeyə qulluq olunub. Qaraj şəraitində saxlanılıb. Ancaq 95 oktan benzin yüklənib. Təkərləri 4 mövsüm, təzəlikcə dəyişib (20.04.2025 tarixində). Geniş işıqlı bagajı mövcuddur.
Avtomobilin rəsmi servis seçimi ilə meqa sığortada tam kaskosu (38.000Azn dəyərləmə/ 100Azn franşiza) mövcuddur, müddətinə 12 ay var. O da əlavə 1000AZN-yə alınıb. İstəsəniz alıcının adına keçirilə bilər, qarşılıqlı razılaşmaqla.
Tam ideal vəziyyətdədir, təzə avtomobildən heç bir fərqi yoxdur. Vuruğu və ya dəyişən detalı yoxdur. Bu seriya Toyota Yaris Cross 2020-2026 nəslinə aiddir, yəni 2020ci ildən 2026ci ilə qədər eyni cür istehsal olunur. Qısaca desək 2022 ilində də eyni maşın olur, 2026də də, bir şey dəyişmir. Rəsmi salonda bu komplektasiya hazırda 51.900₼-a təklif olunur.
Android Auto/Apple CarPlay, Ön/Arxa Qəza Əngəlləmə, Ön/Arxa Park Radar, Avtopilot, Xətt izləmə/qaytarma, Arxa kamera, Start/Stop, Açarsız Daxil Olma/Kilitləmə, Yağış/İşıq Sensoru və s. kimi müasir güvənlik və media texniki sistemlərin hamısı mövcuddur. Eva Ayaqaltı, Toyota, Bagaj Çantası və Niken Külək/Yağış Qoruyucu, 250AZN-lik termo plyonka əlavə olaraq qoyulub.
Nömrə satılmır. "Əlimdə bu qədər pul var" deyə narahat etməyin. Qiyməti endirimli qoymuşam. Avtomobil əsasən ağ şəhərdə sürülür və orada olur. Alış-satış zamanı avtomobil təkrar Toyota rəsmi servisində hər cür testdən keçirilib, rəsmi aktla birlikdə qarantiyası da alıcıya veriləcək. "Dayım oğlu ustadır", "bibim oğlunun başı çıxır", "dostum baxsın" və s. kimi riskli şeylərə ehtiyac duyulmur. 1000-lərlə testi Toyota rəsmi servisi özü edir. Kiməsə avtomobil alacaq alverçilər isə qəti narahat etməsin. Şouroom deyiləm, Toyota Yaris Cross Hibridin necə avtomobil olduğuna Youtube və ya Xətaidəki Toyota rəsmi salonunda baxa bilərsiniz. Eyni avtomobildir, 2025, 2026, 2024, 2023 və 2022 eynidir, sadəcə rəqəm dəyişib. Toyota Çin brendləri kimi hər il avtomobili başdan aşağı yeniləmir, belə olanda ehtiyat hissələri də bir-birinə getmir.
Daxili kredit var, 12 ay olur.
25.000₼ əvvəlcədən, aya 1150₼.
️ İkinci əl avtomobilin hesablama qaydası: Qiymət müəyyən edərkən alış qiymətindən 15%-20% ucuz olduqda qiymət ideal sayılır. Balon kimi qiymət şişirənlərdən fərqli olaraq, bu avtomobilin qiyməti realdır.
**Whatsapp ilə əlaqə saxlaya bilərsiniz.
**Barter yalnız ili 2025 və üzəri Elektrik SUV-larla mümkündür.