Amerikanın avtomobil istehsalçısı General Motors ağır pikap Sierra Heavy Duty-nin yeni nəslini təqdim etdi. 2020-ci model ilinə məxsus yeniliyin əsas xüsusiyyətinə bir sıra funksiyalar daxildir ki, treyler daşıya bilməkdir.

Məsələn, ProGrade Trailering sistemi sürücüyə avtomobilin və furqonun ətrafında baş verənləri 15 kamera vasitəsilə görə bilmək imkanı verir. Nəticədə sükan arxasında olan insan onun treylerinin arxasında nələrin baş verdiyini görə bilir.
Digər xüsusiyyətlərə treylerin işıqlandırılması, onun elektron diaqnostikası, şinlərdə hava təzyiqinə və temperatura nəzarət sistemi, vacib texniki baxış barədə xəbərdarlıq və səyahətdən əvvəl avtomobilin yoxlanılması sistemi daxildir.
Treylerin asanlıqla daşınması üçün Sierra HD 2020 elektrikli əyləclər, parklama yardımçısı, qoşqunun tormozlamasına nəzarət edən sistem, eniş-yoxuşda hərəkətə nəzarət sistemi, treylerin yellənməsinə nəzarət edən sabitləşdirici sistem, dartma rejimi ilə təchiz edilib. Yəni, Sierra Heavy Duty treyler üçün nəzərdə tutulub.
GMC Sierra Heavy Duty 2020-nin bütün modelləri 445 a.g. və 1233 Nm fırlanma anına malik 6,6-litrlik turbodizel ilə təchiz edilib. O, tam yeni 10-pilləli avtomat sürət qutusu ilə birgə çalışır və bu da pikapa 13,5 tonluq qoşqunu dartmağa imkan verir.