Almaniyanın Carlsson atelyesi Dispyros tüninq proqramı hazırlayıb. Proqram ekzotik ağac işləmələrindən, mentol çalarlı bandan, texniki apqreyddən və heyrətləndirici qiymətdən ibarətdir.

Kabriolet Mercedes-Benz S-Class elə baza variantında da dəbli və ecazkar görünür. Bundan əlavə, o, kifayət qədər yaxşı idman potensialına malikdir. Bu potensial pedalın akseleratoru sıxıldıqda özünü göstərir. Lakin Carlsson atelyesində qərara gəliblər ki, daha yaxşısını təqdim edə bilərlər və avtomobil üçün tam yeniliklər dəsti hazırlayıblar.
Əgər tüninq olunmuş kabriolet Dispyros-a baxsaq, dərhal onun rənginə diqqət yetirərik - Heritage Green. Həmçinin bəzi elementlər, o cümlədən üzərində tüninq atelyesinin loqotipi olan radiator barmaqlığı da bu rəngdədir. Kabrioleti məxsusi olaraq Dispyros paketi üçün hazırlanmış 20-düymlük disklərlə təchiz ediblər. Qısa milləri olan konservativ dizaynına görə disklər vizual olaraq kiçik görünürlər.
Atelyenin mütəxəssisləri baza versiyasında 455 a.g. və 700 Nm fırlanma anı verən mühərrik üzərində də işləyiblər. Apqreyddən sonra o, 550 a.g. və 800 Nm-ə malik olub. Dinamikada əldə edilən dəyişiklik barədə məlumat verilmir, lakin standart kabriolet ilk yüzlüyü 4,6 saniyəyə yığır. Mercedes-Benz S-Class Dispyros-un başlanğıc qiyməti 214 min avrodur. Tam yenilik paketi ilə sifariş edilən avtomobil isə 336 min avroya başa gələcək.