710-güclü Bentley Bentayga

710-güclü Bentley Bentayga

8 fevral 2018, 09:0052 828

Dünyanın məşhur Wheelsandmore atelyesi Britaniyanın möhtəşəm yolsuzluq avtomobili Bentley Bentayga üçün təkmilləşdirmə proqramı hazırlayıb. Avtomobil vizual cəhətdən təkmilləşdirilib və texniki yeniliklər alıb.

İlk növbədə Bentley Bentayga by Wheelsandmore-un güc qurğusu barədə danışmaq lazımdır. Layihə modelin ən güclü versiyası üzərində hazırlanıb ki, o, 6.0 W12 mühərriki ilə təchiz edilib.

Yolsuzluq avtomobilinin standart versiyasa 600 a.g.-ə malik güc qurğusu yeni qaz buraxma sistemi alıb. Tünerin qeyd etdiyi kimi, o 710 a.g.-ə və  1060 Nm-ə malikdir.

Beləliklə, modernləşdirilmiş Bentley Bentayga by Wheelsandmore əlavə 100 a.g.-ü aldı. Fırlanma anı isə 160 Nm artıb. Təəssüf ki, 710-güclü yeniliyin dinamik xarakteristikası barədə məlumat verilmir. Adi avtomobil bu əməliyyatı 4,1 saniyəyə həyata keçirir. Maksimal sürət 300 km/saatdır.

Göründüyü kimi, Bentley Bentayga by Wheelsandmore adi modeldən daha sürətlidir. Lakin bu, test zamanı belə alındı. Bundan əlavə, möhtəşəm avtomobil pnevmo asılqan və 23-düymlük eksklüziv təkər diskləri, Continental Sport Contact şinləri alıb.

Daha çox oxuyun