Prototip brendin gələcək modellərinin dizaynını nümayiş etdirmək üçün hazırlanıb.

“Cadillac” şirkəti “Escala” adlı ilk konseptini təqdim etdi. Prototip brendin gələcək modellərinin dizaynını nümayiş etdirmək üçün hazırlanıb. Bundan əlavə, konsept “Cadillac”-ın yeni flaqmanı barədə xəbər verir ki, bu flaqman model sırasında CT6-dan bir pillə yuxarıda dayanacaq.
Yeniliyin ölçüləri CT6-dan böyükdür. Avtomobil “Omega” platformasında hazırlanıb. Konsept 4,2-litrlik benzin tvin-turbo V8 mühərriki ilə təchiz edilib. Mühərrik 500 a.g.-ə malikdir.
Prototip diodlu optika və 22-düymlük təkər diskləri alacaq. Salon əl ilə işlənilib. “Cadillac Escala” üç OLED-displey alıb. Bildirilir ki, “Cadillac” yeni flaqman sedanını – CT9-u düzəltməyə hazırlaşır.