Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Caractere Volkswagen Golf -un üzərində işləyir

Avropanın ən məşhur hetçbeki “Volkswagen Golf”-un yeddinci nəsli satışdan sonrakı köklənmənin daha bir proqramını əldə etdi. Bu proqram Belçika tüninq-atelyesi Caractere tərəfindən hazırlanıb.

Hal-hazırda paket işləmələrin son mərhələsindədir. Ona görə də onunla bir neçə kompyuter təsvirləri vasitəsi ilə tanış olacağıq. Tüner aerodinamik asmanın yeni hissələri, eksklüziv konstruksiyalı disklər və başqa aksesuarlar sayəsində eksteryeri fərdiləşdirmək üçün geniş imkanlar təklif təklif edəcək.

Bundan başqa avtomobilin gücünü artırmaq və bəzi texniki qovşaqlarını modifikasiya etmək mümkün olacaq. Bodi-kit özünə qabaq spoyler, yan ətəklər, arxa diffuzor və arxa qapının spoylerini daxil edir.

Banın ikirəngli boyanması, fərqli radiator barmaqlığı, qazçıxma sisteminin bir cüt böyük, paslanmayan borusu və 18 və ya 19 düymlük CW1 diskləri avtomobilin xarici görünüşünə unikallıq əlavə edir.

Sürətlənmənin dinamikasını yaxşılaşdırmaq üçün tünerlər VW Golf-un istənilən mühərrikinin çip-tüninqini həyata keçirməyi təklif edəcəklər. 2,0 litrlik TDI mühərriki olan ən güclü dizel versiyasına Belçikalılar 208 a.g. və 410 Nm zəmanət verirlər.

İlkin göstəricilərdən asılı olaraq 2,0 litrlik benzin turbo mühərriki isə köklənmədən sonra maksimum 310 a.g. və 420 Nm fırlanma anı verə bilər.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Golf, Caractere 25.01.2014

Şərhlər


AD