Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Azərbaycana yeni Nissan Altima idxal edilib

“Nurgun Motors” şirkəti Azərbaycana yeni “Nissan Altima” idxal edib. Şirkətdən APA-Economics-ə verilən məlumata görə onun xarici görünüşü və interyeri yenilənmiş, sürət qutusu və mühərrik isə modernləşdirilmişdir. Yeniliyin dizaynı avtomobili daha zərif və idman xarakterli etmişdir.

Yerli bazarda yenilik iki mühərriklə təqdim olunacaq – 2,5-litrlik (182 a.g.) və 3,5-litrlik (270 a.g.). Ümumilikdə yerli avtomobil həvəskarlarına sözügedən modelin 5 növ komplektasiyası təklif olunacaq.

İndiki “Altima”-nın qiyməti 21900-dən 25900 manata qədərdir. Yeniliyin qiyməti isə 26900 manatdan 36900 manata qədər olacaq.



teqlər:
Nissan, Nissan Altima, Nurgun Motors 30.01.2013

Şərhlər


AD