Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Nissan Pathfinder-in sirrinin üstü açıldı

Yanvar ayında Detroyt avtosalonunda konseptin təqdimatından sonra NissanPathfinder SUV 2013” yeni modelini göstərdi. Pikap və yüngül maşınlarla inkişafda olan “Pathfinder”-in yeni modeli tam strukturlu yüngül avtomobilə oxşayır. Yaponiyanın avtomobil istehsalatçısı bildirmişdir ki, pikap-yolsuzluq avtomobilinin satışı son illər aşağı düşüb, istehlakçı isə daha çox qənaətli və gözəl krossoverlərə üstünlük verir.

Nissanın Şimali Amerika üzrə baş meneceri Al Kastiqnetti (Al Castignetti) demişdir: “Heç kimə sirr deyil ki, yanacağın qiymətinin qalxmasından sonra sənaye işləri dəyişmişdir”. – Lakin ənənəvi müştərilərin yanacaq sərfiyyatına qənaət edən yolsuzluq avtomobili tələbləri ilə birgə onlar həm də elə avtomobil axtarırlar ki, onunla hər işi görə, o cümlədən 7 nəfəri daşıya, yedəkləyə və 4x4 olmaqla bütün yolsuzluqlarda hərəkət edə bilsinlər.

İnfiniti JX krossoveri ilə birgə işlənilən yeni platforma əvvəlki modelə nisbətən çəkini 227 kq azaltmağa kömək edir. İndi avtomobilin çəkisi FWD variantında 1882 və 4WD variantında isə 1946 kq-dır. İstehsalatçı iddia edir ki, yeni “Pathfinder” standart 2268 kq gücündə yedəkləyə bilir.

Infiniti JX-də olduğu kimi 2013-cü il modelində də əvvəlki kimi 3.5 litrlik 6 silidrli mühərrik təchiz edilir və o gələcək nəsil Xtronic CVT (Continuously Variable Transmission) ötürücü qutusu ilə uyğunlaşdırılır. Bu cür güclə 6 silindr 260 a.g. verir. Əvvəl də deyildiyi kimi “Pathfinder” 2 konfiqurasiyada təqdim olunur: FWD və 4WD. Sonuncuda “2WD, Auto və ya 4WD” rejimlərini seçmək imkanı olan “ALL-MODE” sistemi var.

Yüngül platforma və yeni transmissiya sayəsində FWD 2012 modelinə nisbətən Pathfinder 2013 modelinin yanacaq sərfiyyatı 30%-ə qədər azalmışdır. Şirkətin bildirdiyinə görə FWD indi şəhər içində 100 km məsafəyə 11.8 litr, şosedə 9 litr və qarışıq rejimdə 10.7 litr, 4WD isə müvafiq olaraq 12,4/9,4/11,2 litr yanacaq sərf edir.

Nissanın məlumatına görə yeni model həm xarici, həm də daxili görünüşdə çox gözəldir. Qeyd olunmalıdır ki, şirkətin dediyinə görə 2013 Pathfinder-da qatlanma, dəyişdirilmə və uşaq oturacağının təhlükəsiz yerləşdirilmə sisteminə görə birinci olan "EZ Flex Seating System with LATCH AND GLIDE" adlandırılmış 3 sıralı oturacaq var.

Yeni “Pathfinder”-də təqdim olunan yeniliklər aşağıdakılardır: oturacaqların dəri ilə üzlənməsi, isidilən sükan, qabaq oturacaqların isidilməsi və soyudulması, proqramlaşdırıla bilən elektron “Nissan Intelligent Key” açarı, naviqasiya sistemi, “Bluetooth” və yüksək səsli telefon sistemi, 13 dinamiki olan “Bose Premium Audio” sistemi, peyk radiosu, 2 zonalı klimat-kontrol sistemi, arxa görünüş kamerası, monitor, mühərrikin uzaqdan idarə olunma ilə işə salınması və sərnişinlər üçün əyləncə sistemi. 2013 Pathfinder bu ilin payızında bazara çıxarılacaq, onun qiyməti isə satışa yaxın vaxtlarda bildiriləcəkdir.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Pathfinder 06.08.2012

Şərhlər


AD