Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

VAZ markalı avtomobillərin idxalına qadağa ilə bağlı nəzarət başlayıb

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) mayın 1-dən "VAZ 2107", "VAZ 2114" və "VAZ 2115" markalı avtomobillərin ölkəyə gətirilməsinə qadağanın tətbiqi ilə əlaqədar nəzarətin həyata keçirilməsinə başlayıb. Çünki bu avtomobillər ABS antibloklama sisteminə və təhlükəsizlik yastığına malik deyil. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib.

"Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırılması qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə əsasən, bu il may ayının 1-dən etibarən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək.

"VAZ 2114" və "VАZ 2115" markalı avtomobillərin Azərbaycana oktyabr ayınadək idxalı yalnız dövlət zəmanəti ilə bağlı sazişlər əsasında həyata keçirilə bilər", - Əliyev deyib.



teqlər:
Lada, Vaz 2114, Vaz 2115, Vaz 2107 01.05.2012

Şərhlər


AD