Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rusiya avtomobillərinə oktyabrın 1-dən qadağa qoyulacaq

«Azərbaycanda oktyabrın 1-dən «VAZ 2114» və «VAZ 2115» avtomobillərinin idxalı qadağan olunacaq». Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.

Onun sözlərinə görə, Rusiya avtomobilləri antibloklama sistemi və təhlükəsizlik yastıqlarına malik deyillər: «Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırılması qaydası» AZS 635-2012 dövlət standartının tələblərinə əsasən, bu ilin may ayının 1-dən etibarən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək».

Komitə sədri qeyd edib ki, bu proses mərhələli şəkildə gedəcək: «Azərbaycan «VAZ 2107» avtomobillərinin idxalını may ayından, «VAZ 2114» və «VAZ 2115» avtomobillərinin idxalını isə oktyabrın 1-dən dayandıracaq. Bu markadan olan avtomobillərin şəkli dəyişdirilsə və bizim standartlara uyğun gələrsə, idxal mümkün olacaq».

Onun sözlərinə görə, Rusiya tərəfi artıq yeni qaydalar haqqında məlumatlandırılıb.

Mənbə: ucnoqta.az



teqlər:
Lada, Vaz 2114, Vaz 2115 26.04.2012

Şərhlər


AD