Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Skoda möhtəşəm yolsuzluq avtomobili təqdim edib

Beynəlxalq Cenevrə 2018 avtosalonu möhtəşəm yolsuzluq avtomobil Skoda Kodiaq Laurin & Klement 4×4 üçün təqdimat məkanı olacaq. Yenilik istehsalçı tərəfindən flaqman modeli kimi qələmə verilir.

Flaqman modeli Skoda Kodiaq Laurin & Klement eksklüziv işləmələr, geniş təchizat alıb və iki yeni benzin mühərriklə təchiz ediləcək. Modelin vizual fərqləri arasında xrom radiator barmaqlığını və metal aksentləri olan qazburaxma sisteminin borularının yerləşdiyi bir qədər təkmilləşdirilmiş arxa bamperi qeyd etmək olar.

Bundan əlavə, möhtəşəm yolsuzluq avtomobili Skoda Kodiaq Laurin & Klement 19-düymlük nadir təkər diskləri, modelin versiyasından xəbər verən əlavə loqotiplər alıb. Qeyd edildiyi kimi, modelin təchizatına geniş avadanlıq siyahısı daxildir.

Flaqman modelin salonunda dəri üzlüklü sükan görmək olar ki, o, ya qara, ya da bej rəngində ola bilər. İnteryerdə, həmçinin Laurin & Klement-in fərqləndirici loqotiplərini görmək olar. Bundan əlavə, burada qara parlaq əlavələr də var.

Möhtəşəm yolsuzluq avtomobili Skoda Kodiaq Laurin & Klement-də qabaqcıl akustika Canton, diodlu işıqlar, alüminium pedallar, tekstil xalılar görmək olar. Bundan əlavə, avtomobil sürücü üçün elektrikli tənzimlənən və yaddaş funksiyası olan oturacaq, yağış sensoru, Kodiaq yazılmış bəzəklər alıb.

Kapotun altında ən balaca mühərrik dayanır – bu, 1,5-litrlik, 150 a.g.-ə malik TSI-dır. O, Volkswagen Group konserninə məxsusdur. Avtomobil üçün, həmçinin gücü 190 a.g. olan 2,0 TSI mühərriki əlyetərlidir. Hər iki mühərrikdə xüsusi filtrlər var ki, onlar zərərli maddələrin tullantısını azaldırlar.

Böyük mühərrik həvəskarları üçün Skoda 150 a.g. və 190 a.g. olan 2,0TDI təklif edir. Bütün mühərriklər tam ötürücü sistemlə çalışır. Opsiya kimi, müştərilərə adaptiv idarəetmə sistemi də təklif ediləcək.

AUTO.AZ



teqlər:
Skoda, Skoda Kodiaq 17.02.2018

Şərhlər


AD