Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan, yanma təhlükəsi olan naviqatorlu avtomobilləri çağırır

Nissan kompaniyası, yanma təhlükəsinə görə model cərgəsinin çağırışını elan edir. Milli Amerikan yol təhlükəsizliyi administrasiyasının (NHTSA) nəşr etdiyi sənəddə bildirilir ki, yanma təhlükəsinin səbəbi, zavodda quraşdırılmış Garmin Nuvi 750, 760 və 765 peyk naviqatorları olub. Məlum olub ki, onların akkumulyatoru yanmaya meyllidir və bu səbəbdən avtomobil yana bilər.

Çağırışa, yuxarda göstərilən model zavodda quraşdırılmış naviqatorları olan Nissan Altima, Frontier, Pathfinder, Rogue, Sentra, Versa və Xterra modelləri düşür. Çağırışa düşən avtomobillərin sayı və ölkələr hal-hazırda dəqiqləşdirilir. Qeyd edək ki, eyni naviqatorları başqa avtomobil istehsalçıları da quraşdırırlar – xüsusi ilə, daha öncə eyni səbəbdən SX4, Grand Vitara və Equator modellərini eyni səbədən çağıran Suzuki.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



Şərhlər


AD