Elan limiti

Elan limiti

Limit – 30 gün müddətində ödənişsiz yerləşdirə biləcəyiniz elanların sayıdır.
Hər bir kateqoriyanın öz elan limiti var.

Limit, təkrarlanan və şübhəli elanların qarşısını almaq, elan axtarışını daha yaxşı etmək, eləcə də satıcıların daha çox baxış cəlb etməsini, malların satışının sürətlənməsini təmin etmək üçün lazımdır. Kateqoriya üzrə elan limitini aşan satıcılar ödənişli xidmətlərdən yararlanmaqla, və ya pulsuz şəkildə, müvafiq kateqoriyada yer azad olduqda öz elanlarını yerləşdirə bilərlər.

Əgər siz elan yerləşdirərkən limitlə qarşılaşmısınızsa, ödənişli xidmətlərin birindən yararlana bilərsiniz:
– Ödənişli elan (qiymət elanın kateqoriyasından asılıdır)
– VİP (qiymət elanın kateqoriyasından asılıdır)
– Premium (qiymət elanın kateqoriyasından asılıdır)

Limiti “VİP” və ya “Premium” vasitəsilə aradan qaldırdıqda, siz bu xidmətlərin bütün imkanlarını əldə edirsiniz və elanınız irəlilədilir.

Hansı elanlar limitdən istifadə etmiş sayılır?

Aşağıdakı hallarda limit 1 elan sayında azalır:
– limitdən istifadə edərək elan yerləşdirdikdə;
– elan yerləşdirib daha sonra ləğv etdikdə;
– elanı yerləşdirərkən təkrar olduğu üçün bloklandıqda və ya qəbul olunmadıqda;
– arxivdən elanı bərpa etdikdə.

Nümunə:

Limit – 30 gün müddətində 1 ödənişsiz elan.
Siz elanı yanvarın 1-də yerləşdirirsiniz. Limit istifadə olundu. Növbəti pulsuz elanı yanvarın 31-də yerləşdirə biləcəksiniz. Əgər yanvarın 5-də ödənişli elan yerləşdirsəniz, limitin bərpa tarixi dəyişməyəcək və növbəti pulsuz yerləşdirilmə yenə də yanvarın 31-də mümkün olacaq.

Sualınıza cavab tapmamısınızsa, Dəstək xidməti ilə əlaqə saxlayın.