“Elanın bərpası” – ödənişli elan xidmətidir. Xidmət yalnız müddəti başa çatmış və ləğv olunmuş elanlara tətbiq oluna bilər.
“Elanın bərpası” necə işləyir?
Standart elanın yerləşdirmə müddəti 30 gündür. Əgər bu müddət başa çatırsa, və ya elan ləğv olunursa (təsadüfən və ya bilərəkdən), elan Arxiv statusuna keçir – alıcılar onu Auto.az-da axtarışlarda artıq tapa bilməyəcəklər və satıcının əlaqə məlumatlarını görməyəcəklər.
Müddətin başa çatması barədə bildiriş elanın yerləşdirilmə zamanı qeyd olunan elektron poçt ünvanına da göndərilir.
Elanı bərpa etmək üçün Şəxsi kabinetə daxil olub, “Mənim elanlarım” səhifəsində Arxiv bölməsinə keçmək, və elanın yanındakı “Bərpa etmək” düyməsini sıxmalısınız.
Auto.az-a elanın müəllifi kimi daxil olmusunuzsa, “Bərpa etmək” düyməsi elanın öz səhifəsində də göstəriləcək.
Bərpa elanı Aktiv elanlar siyahısına qaytarır, alıcılar onu tapa və əlaqə məlumatlarını görə biləcəklər.
Bərpa olunduqda, elana “İrəli çək” xidməti tətbiq olunur, elanınız son elanlar səhifəsində və axtarış nəticələrində birinci yerə qalxacaq – sanki onu elə indicə yerləşdirmisiniz.
Xidmətin ödənişi nə qədərdir?
Qiymət elanın kateqoriyasından, elanı yerləşdirmiş satıcının kateqoriyasından, və yerləşdirmə variantından asılıdır: “Standart”, “VİP” və ya “Premium” – burada elanın bərpa olunacaq müddətini də seçmək mümkündür.
Xidmət nə vaxt aktivləşir?
Xidmət tətbiq edildikdən dərhal sonra aktivləşir, əlavə yoxlama olmadan.
Elan nə qədər müddətə bərpa olunur?
Elanı həm standart yerləşdirilmə müddətinə (30 gün), həm də irəlilətmə xidmətlərini qoşmaqla bərpa etmək olar, bərpa müddəti qoşulmuş xidmətinin müddətinə bərabər olacaq.
Nümunə:
1 yanvar: elan yerləşdirdiniz – elanın müddəti 30 gündür (yanvarın 1-dən 31-dək).
6 yanvar: elanın müddətinin bitməsinə 25 gün qalır (yanvarın 6-dan 31-dək). Əgər elanı silib (Arxivə göndərməklə), yanvarın 8-də onu bərpa etmək istəsəniz:
– “Standart” bərpa olunmağı elanı 30 gün müddətinə bərpa edəcək (fevralın 7-dək), elanın tarixini yeniləyəcək və “İrəli çək” xidmətini tətbiq edəcək;
– “VİP 15 gün” bərpa olunmağı elanı 15 gün müddətinə (yanvarın 23-dək) tətbiq edilmiş “VİP” xidməti ilə bərpa edəcək.
Qoşulmuş irəlilətmə xidməti olan silinmiş elan nə qədər müddətə bərpa olunur?
Əgər elan qoşulmuş irəlilətmə xidmətinin qüvvədə olduğu müddət ərzində silinib bərpa olunursa, yeni irəlilətmə xidməti əvvəlkini ləğv etmir, həmin xidmət üçün günlərin sayını əlavə edir.
Nümunə:
1 yanvar: “VİP 15 gün” xidməti ilə elan yerləşdirdiniz – elanın müddəti 30 gün (yanvarın 1-dən 31-dək), “VİP” xidmətinin müddəti 15 gündür (yanvarın 1-dən 16-dək).
6 yanvar: elanın müddətinin bitməsinə 25 gün qalır, “VİP” xidmətinin bitməsinə isə 10 gün. Əgər siz elanı silsəniz (silindikdə qoşulmuş xidmətlərin müddəti dayandırılmır) və yanvarın 8-də onu bərpa etmək istəsəniz:
– “Standart” bərpa olunmağı elanı 30 gün müddətinə bərpa edəcək (fevralın 7-dək), “VİP” xidməti yanvarın 16-da bitəcək.
– “VİP 15 gün” bərpa olunmağı elanı 23 gün müddətinə (yanvarın 31-dək) bərpa edəcək, elana qoşulmuş bütün irəlilətmə xidmətlərinin sonunadək: 15 gün yanvarın 8-də bərpa olunduğu gündən deyil, əvvəlki “VİP” xidmətinin bitdiyi gündən, yanvarın 16-dan hesablanacaq.
Bütün bu müddətlərin daha sadə göstərilməsi mümkündürmü?
Əlbəttə!
Rahatlığınız üçün, Şəxsi kabinetinizdə hər bir aktiv elanın yanında onun Auto.az-da nə vaxtadək aktiv olunacağı, və ödənişli xidmətin hansı tarixə qədər tətbiq olunduğu göstərilir.