Elandakı şəkillər

Elandakı şəkillər

Elanlara baxarkən alıcıların diqqətini çəkən ilk növbədə – şəkillərdir.

Adətən, istifadəçilər əvvəl keyfiyyətli şəkillərlə olan elanları açırlar. Belə elanlara daha çox baxılır. Avtomobilinizi, motosikletinizi, və ya digər malınızı nə qədər cəlbedici və ətraflı göstərərsinizsə – potensial alıcılar elanınızda bir o qədər vaxt qalacaqlar. Bu isə daha tez satmaq şanslarını artırır.

Şəkillər haqqında nəyi bilmək vacibdir

Elandakı birinci şəkil ən informativ olmalıdır, çünki o əsas şəkildir və alıcılar siyahılarda məhz onu görəcəklər.

Şəkillər sizin olmalıdır, internetdən götürülməməlidir. Yaxşı işıqlandırma şəraitində çəkilməlidir, şəkillərdə çərçivələr və loqotiplər olmamalıdır, Auto.az loqotipi olsa belə. Şəkillərdə telefon nömrəsi, qiymət və ya başqa yazılar göstərilməməlidir. Redaktə edilmiş şəkillərlə, tətbiq və saytlardan ekran şəkilləri ilə elanlar dərc olunmur.
Süni intellekt vasitəsilə yaradılmış və ya redaktə olunmuş şəkillərin istifadəsi qadağandır.

Şəkilləri necə çəkmək lazımdır

Daha çox keyfiyyətli şəkilləri yükləyin, biz həm yükləyə biləcəyiniz şəkillərin sayını (hər bir elan üçün 24-ə qədər), həm də şəkillərin ölçüsünü artırdıq (eninə 900 pikseldən az olmayaraq şəkil əlavə etməyi tövsiyə edirik).

Avtomobilin şəkillərini çəkirsinizsə:

– ilk növbədə onu çəkiliş üçün hazırlayın: təmiz deyilsə, yuyun, salondan lazımsız olan hər şeyi yığışdırın;
– ikincisi, və eyni vacib olan – tələsməyin – çəkiliş üçün sizi narahat etməyən və başqalarını narahat etməyəcəyiniz açıq bir yer tapın;
– gün ərzində, yaxşı havada və günəşə qarşı olmayan şəkil çəkin ki, fotodakı rənglər avtomobilin əsl rəngini əks etdirsin;
– üfuqi çəkilişi seçin, kadrlarda avtomobili daha geniş göstərə biləcəksiniz. Avtomobilin şəklini çəkərkən, ona fokuslanın, yola və ya yaxınlıqdakı obyektlərə, məsələn, ağaclara və ya yoldan keçən insanlara deyil;
– oxşar kadrları çəkmək lazım deyil, onlar alıcılara kömək etmir.

Şəkillərdə nə olmalıdır

Elanların hər bir kateqoriyasının öz tələbləri var:

Avtomobillər: ön görünüşü, arxa, sol, sağ və salon – minimum 5 şəkil, maksimum 24.
Motosikletlər: ön görünüşü, arxa, sol, sağ və cihazlar paneli – minimum 5 şəkil, maksimum 24.
Texnika: ön görünüşü, arxa, sol, sağ və salon – minimum 5 şəkil, maksimum 24.
Ehtiyat hissələri və Aksesuarlar: minimum 1 şəkil, maksimum 24.
Nömrələr: şəklin (texniki pasport) yüklənməsi mütləq deyil.

Avtomobilin nömrəsini gizlətmək olarmı?

Stikerlər, smayllar və parlaq rənglər olmadan, yalnız ağ və ya qara rənglərlə səliqəli edilibsə, bəli.

Elandakı yaxşı və pis şəkillərin nümunələri:

Ön görünüş şəkli üçün optimal rakurs seçilib, şəkil kəsilməyib, uzaqdan çəkilməyib, fokus avtomobildədir.


Üfüq xətti şəklin aşağı/yuxarı xəttlərinə paraleldir.

Sol tərəf görünüş şəkli üçün optimal rakurs seçilib, şəkildə çərçivələr yoxdur, uzaqdan çəkilməyib, fokus avtomobildədir.

Üfüq xətti şəklin aşağı/yuxarı xəttlərinə paraleldir, telefondan ekran şəkli deyil.

Avtomobilin salonunun şəkli üçün optimal rakurs seçilib, şəkil kəsilməyib.

Avtomobilin qeydiyyat nişanı səliqəli silinib, şəkildə hər hansı loqotip mövcud deyil.

Sualınıza cavab tapmamısınızsa, Dəstək xidməti ilə əlaqə saxlayın.