“İrəli çək” xidməti

“İrəli çək” xidməti

“İrəli çək” – ödənişli irəlilətmə xidmətidir. Bu xidmət elanınızı digər elanlar arasında daha yüksək sıralara qaldırır. Nəticədə, elanınıza baxan potensial alıcıların sayı daha çox olur və siz malları daha tez satırsınız.

Xidmət tətbiq olunduqdan sonra elanınız son elanlar səhifəsində və axtarış nəticələrində birinci yerə qalxacaq – sanki onu elə indicə yerləşdirmisiniz. Elanın dərc olunma tarixi xidmətin tətbiq olunma tarixi ilə əvəzlənir.

Xidmətin ödənişi nə qədərdir?

Qiymət elanın yerləşdirildiyi kateqoriyadan asılıdır.
Xidməti həm bir dəfə, həm də daha sərfəli olan 3, 5 və 10 dəfəlik (24 saatdan bir) paket şəklində ala bilərsiniz – elanınız hər 24 saatdan bir avtomatik olaraq "yeni" olacaqdır.
“VIP” və ya “Premium” xidmətlərini aldıqda, “İrəli çək” xidməti bonus olaraq pulsuz tətbiq olunur.

Xidmət elanın aktivlik müddətinə təsir edirmi?

“İrəli çək” xidməti birdəfəlik istifadə üçün olduğundan elan saytda aktiv olduğu halda onun aktivlik müddətinə heç cür təsir etmir. Əgər elanın yerləşdirilmə müddəti xidmətin müddətindən tez başa çatırsa, o zaman yerləşdirilmə müddəti xidmətin təmin edilməsi üçün lazım olan günlərin sayına uzadılacaq.

Nümunə:

1 yanvar: elan yerləşdirdiniz – elanın müddəti 30 gündür (yanvarın 1-dən 31-dək).

6 yanvar: elanın müddətinin bitməsinə 25 gün qalır.
“İrəli çək” xidmətini birdəfəlik və ya 10 dəfəlik paketdə tətbiq etməklə, elanın yerləşdirmə müddəti dəyişməyəcək, çünki bütün irəlilətmələr elanın aktiv müddəti daxilində baş verəcək.

30 yanvar: elanın bitməsinə 1 gün qalır.
“İrəli çək 3 dəfə” xidmətini tətbiq etməklə, elanın yerləşdirilmə müddəti 2 fevral tarixinə qədər uzadılacaq, elan isə 30 yanvar alınan zaman, və 2 dəfə, hər 24 saatdan bir – 31 yanvar və 1 fevral tarixində yuxarı qaldırılacaq.
“İrəli çək 10 dəfə” xidmətini tətbiq etməklə, elanın yerləşdirilmə müddəti 9 fevral tarixinə qədər uzadılacaq, elan fevralın 8-dək hər gün yuxarı qaldırılacaq.

Rahatlığınız üçün, Şəxsi kabinetinizdə hər bir aktiv elanın yanında onun Auto.az-da nə vaxtadək aktiv olunacağı göstərilir.

Xidməti bir neçə dəfə tətbiq etdikdə nə baş verəcək?

Əgər siz “İrəli çək” xidmətini bir neçə dəfə alsanız, hər bir sifariş ödənişdən dərhal sonra yerinə yetiriləcək.

Nümunə:

“İrəli çək” xidmətini gün ərzində elana 5 dəfə tətbiq edirsiniz. Bu halda elan elə həmin gün ödənişdən dərhal sonra 5 dəfə irəli çəkilir.

Sualınıza cavab tapmamısınızsa, Dəstək xidməti ilə əlaqə saxlayın.