Elanı necə yerləşdirmək lazımdır

Elanı necə yerləşdirmək lazımdır

Elanı yerləşdirmədən öncə Auto.az-da elan yerləşdirmə qaydaları ilə tanış olun.

Saytın tam versiyasında – səhifənin yuxarı sağ küncündə “Elan yerləşdirmək” düyməsinə klikləyin.
Mobil versiyada və tətbiqlərdə – alt menyuda + işarəsinə klikləyin.

Elanınızı yerləşdirmək istədiyiniz kateqoriyanı seçin.
Nəzərə alın ki, avtobusların, yük maşınlarının və digər kommersiya nəqliyyatının elanları Texnika kateqoriyasında yerləşdirilməlidir.

Göstərilən xanaları addım-addım doldurun.
Xanaları diqqətlə və səhvsiz doldurmağa çalışın, bu alıcılar tərəfindən elanların axtarışında vacib rol oynayır.

Keyfiyyətli şəkilləri yükləyin – elanınızın daha çox baxılmasını və malınızın tez satılmasını təmin edəcəksiniz.
Şəkillərə tələblər haqqında daha ətraflı məlumatı bu səhifədə tapa bilərsiniz.

Əlaqə məlumatları səhifəsində sizinlə əlaqə saxlamaq üçün elektron poçt ünvanınızı və telefon nömrənizi daxil edin.
Telefon nömrəsini təsdiqləmək üçün qeyd etdiyiniz nömrəyə kod göndəriləcək.
Əgər kabinetinizə artıq daxil olmusunuzsa, nömrənin təkrar təsdiq edilməsinə ehtiyac yoxdur.

Son addımda yerləşdirmə variantları təklif olunacaq: Standart, VİP və ya Premium.
VİP və Premium yerləşdirmə variantları daha çox izlənmə və, nəticədə, daha tez satılmasının imkanlarını yaradırlar.

Uyğun variantı seçdikdən sonra, Yerləşdirmək düyməsinə klikləyin.

Hazırdır! Elanınız yoxlanışa göndərilib və, yerləşdirmə qaydalarını pozmursa, tezliklə saytda yerləşdiriləcək.
Elanın yerləşdirilməsi barədə bildirişi təqdim etdiyiniz elektron poçt ünvanına alacaqsınız.

Sualınıza cavab tapmamısınızsa, Dəstək xidməti ilə əlaqə saxlayın.