Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət

AUTO.AZ saytında elan yerləşdirmə qaydaları


1. İstifadəçi saytda qeydiyyatdan keçən və elan verən zaman həqiqi qaydalarla tanış olub, oradakı qayda və öhtəlikləri qəbul edir.

2. Bütün elanlar yoxlamadan keçir. Bu yoxlama həqiqi qaydalara uyğun olaraq aparılır. Adətən proses 12 saatdan çox vaxt almır.

3. Yerləşdirilmiş elandakı məlumatın həqiqiliyi haqda cavabdehliyi istifadəçi daşıyır.

4. Bütün elanlar yalnız azərbaycan və rus dillərində nəşr edilir.

5. Yerləşdirilmiş avtomobil Azərbaycan ərazisində olmalıdır.

6. Şəkil avtomobilin bugünkü vəziyyətini əks etdirməlidir. Elan yerləşdirilən zaman şəkillərin ölçüsü minimum 800×600 piksel ölçüsündə olmalıdır.

7. Avtomobilin şəkilləri keyfiyyətli olmalı və heç bir qrafik proqramı tərəfindən redaktə edilmiş olmamalıdır.

8. Şəkillərdə avtomobilin önünün, arxasının və salonunun görünüşünün olması vacibdir (maksimum şəkil limiti 9-dır).

9. Qadağandır:
avtomobili təsvir edən mətndə hər hansı internet resursdan istifadə etmək;
hər hansı sayt loqotipi və ya informasiyası ilə olan şəkilləri yerləşdirmək;
bir avtomobil üçün bir neçə elan yerləşdirmək;
avtomobil haqda yazılan mətn rus dilindədirsə, latın əlifbası ilə yazmaq;
avtomobilin qiymətinin tam yazılmaması və mövcud olmayan məlumatın yerləşdirilməsi.


Qaydalar pozulduğu halda elan kilidlənəcək və baxılması qadağan olunacaq.

Sualınız var?

info@auto.az elektron ünvanına yazın.


AD