Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rolls-Royce Ghost modelini bir qədər yenilədi

Şirkət yeni “Ghost Series II”-nin təqdimatı üçün Nyu-York avtosalonunu əbəs yerə seçməyib: avtomobil “Rolls-Royce”-a müvəffəqiyyətini möhkəmləndirməyə kömək etməlidir. Bu müvəffəqiyyətə o ilk növbədə Şimali Amerika bazarında birinci nəsil ilə nail olmuşdu.

Xarici dəyişikliklərə hərəkət işıqları ilə çərçivəyə salınmış yeni LED-fənərlər daxildir. Kapotun mərkəzindən məşhur “ekstaz ruhu”nun fiqurundan başlayan xətt gedir ki, o da reaktiv təyyarənin havada və ya sürətli yaxtanın suda buraxdıqları izi xatırladır.

Dizaynerlərini fikrincə, bu ştrixlər avtomobilə daha dinamik görünüş verir, yeni qabaq bamper isə onu daha enli göstərir. Qabaq havaçıxıntıları daha enli olub və əyləc mexanizmlərinə gedən hava üçün daha azad məkan təmin edib.

Salonda əlbəttə ki, isitmə sistemi, massaj funksiyası və çoxlu sayda tənzimləmələri olan yeni konstruksiyalı oturacaqlar peyda olub. Arxa oturacaqları müəyyən bucaq altında bir-birinə tərəf çevirmək olar ki, sərnişinlər rahatlıqla söhbət edə bilsinlər.

Qabaq panel də bir qədər yenilənib. Cihazlar ətrafındakı cilalanmış halqalar əl ilə düzəlmiş bahalı saatlar obrazı yaradır. Texnologiya cəhətdən avtomobil “vaxtının qədrini bilən müvəffəqiyyətli biznesmenin rahatlıqla hərəkət edən kabineti” obrazının yaradılması üçün bütün ləvazimatlarla təchiz olunub.

İnternet, naviqasiya, səs idarəçiliyi. Audiosistem 18 dinamikdən ibarətdir. Onların hər birinə fərdi səs tənzimləməsi verilib və 20,5 Gb-lıq hard disk əlavə edilib. “Rolls-Royce Ghost Series II - müvəffəqiyyətli biznesmen atributudur.

Birinci “Ghost”-un müvəffəqiyyətini nəzərə alsaq, inanıram ki, yenilənmiş model daha çox alıcı, xüsusilə xaoslu biznes aləmində sakit oazis axtaran sahibkar cəlb edəcək”, - deyə modelin təqdimat mərasimi zamanı “Rolls-Royce”-un şimali amerika bölməsinin rəhbəri Erik Şeferd qeyd etdi.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Ghost 18.04.2014

Şərhlər


AD