Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

MM-Performance BMW M550d-ni tamamlayıb

Amerikan tünerlərinin benzinlə işləyən “BMW M5” üçün tənzimləmə proqramı hazırladıqları bir vaxtda, Polşanın “MM-Performance” şirkəti öz tünin-paketini ən güclü dizel modifikasiyasiyası olan “M550d xDrive”-a yönəltdi.

Qabaqcıl xarakteristikalara malik qənaətcil biznes-klass sedan bir sıra kosmetik yeniliklər alıb ki, onlar avtomobilin idman xarakteristikasını vurğulayır və eksteryerin və interyerin dizaynına bir qədər fərdilik əlavə edir.

“BMW M550d”-nin qara banına yan tərəflərdə ağ xətlər və qara radiator barmaqlığında üçrəngli “BMW Motorsport” nişanı əlavə ediblər. Karbon lifdən hazırlanmış “Vorsteiner” atelyesindən aerodinamik asma hissələri (qabaq splitter, arxa diffuzor və baqaj qabağının spoyleri) avtomobilin axarlılığını yaxşılaşdırıb.

Adi “M Performance” paketindən yan ətəklər və arxa görünüş güzgülərinin karbon əlavələri seçilib. Xarici yenilikləri 21-düymlük “Vorsteiner VS-340” dikləri tamamlayır.

Salonda alkantaradan “M Performance” sükanı, karbon planka və sürət qutusu ötürücüsünün tutacağı quraşdırılıb, döşəməyə isə alman tüneri “Vorsteiner”-in ayaq altıları salınıb.

AUTO.AZ



teqlər:
BMW, BMW 5-series, M5, MM-Performance, Vorsteiner 11.11.2013

Şərhlər


AD