Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Tam yeni Peugeot 208

Peugeot şirkəti Cenevrə avtosalonu ərəfəsində yeni nəsil kompakt hetçbək 208-in sirlərini açdı. Xarici görünüş avtomobilsevərlər üçün yenilik olmadı, belə ki, modelin şəkilləri yüksək keyfiyyətdə də olmasa, artıq internetə sızmışdı. Lakin biz artıq Peugeot 208-i dəyərləndirə və onun texniki göstəriciləri barədə danışa bilərik.

208-in yeni dizaynı sərtliyi və cəsarəti ilə seçilib. Bu, fransız avtomobilsevərlərə məxsusidir. Maksimal fərdiliyə baxmayaraq, şəhər hetçbəki kifayət qədər cəlbedici görünür.

Xarici görünüş cəhətdən yeni 208 modeli elə 508-in oxşarıdır. Məsələn, qabaq faralar eyni diaqonal xəttə malikdir, qabaq barmaqlılar çox bənzərdir. Komplektasiyadan asılı olaraq, yeni hetçbəki çoxlu variantda təkər diskləri ilə əldə etmək olar.

208-in ən yeni nəsli standart CMP modul platformasında yığılıb və əvvəlkindən 30 kq yüngüldür. Peugeot bəyan edir ki, yeni platforma çəkidən başqa, səsi və vibrasiyanı azaldır, həmçinin banın sərtliyini artırır.

Yeni 208-in baza mühərriki 1,2-litrlik turbo benzin mühərrik olacaq. Müştərilər istəklərinə uyğun olaraq, avtomobili 1,5-litrlik dizel ilə də sifariş edə biləcəklər. Benzin ilə olan versiya 75 a.g.-ə malikdir və 5-pilləli mexaniki sürət qutusu ilə işləyir. Dizel variant isə 100 a.g. verir və 6-pilləli mexaniki sürət qutusu ilə işləyir.

Bundan əlavə, Peugeot yaxın gələcəkdə 100 a.g.-ə malik, 6-pilləli mexaniki və ya 8-pilləli avtomat sürət qutusu ilə çalışan benzin mühərrik də təqdim edəcək. 208 versiyası həm də gücləndirilmiş mühərriklə təchiz ediləcək (130 a.g.) ki, o, avtomat sürət qutusu ilə birgə çalışacaq.

Peugeot, həmçinin tam elektrik versiyada 208 istehsal edəcək – 50 kVt-lıq batareya və 136 a.g. və 260 Nm-lik elektrik mühərriki. O, ilk yüzlüyü 8,1 saniyəyə yığacaq. Tam dolu batareya ilə avtomobil 340 km məsafə qət edə biləcək. Cəmi 30 dəqiqəyə batareyanı 80% cərəyanla doldurmaq mümkündür.

AUTO.AZ



teqlər:
Peugeot, Peugeot 208 25.02.2019

Şərhlər


AD