Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

AC Schnitzer BMW X6 M-i təkmilləşdirib

“AC Schnitzer” atelyesi yolsuzluq avtomobili “BMW X6 M” üçün təkmilləşdirmə proqramı təqdim edib. Onlar modeli daha güclü ediblər, onu karbon elementləri olan yeni aerodinamik asma və aşağı salınmış asılqanla təchiz ediblər.

Təkmilləşdirmədən sonra 4,4-litrlik 8-silindrli tvin-turbo mühərrikin gücü 575-dən 650 a.g. və fırlanma anı 750 Nm-dən 840 Nm-ə çatdırılıb. “BMW X6 M”-in tüninq olunmuş variantının dinamik xarakteristikası barədə məlumat verilmir. Standart yolsuzluq avtomobili ilk yüzlüyü 4,2 saniyəyə yığır. Maksimal sürət isə elektron göstəricidə 250 km/saatda məhdudlaşdırılıb.

Bununla yanaşı, yenilik səsi tənzimlənən “AC Schnitzer” buraxma sistemi, 15 və 20 mm (müvafiq olaraq qabaq və arxa hissələrdə) aşağı salınmış asılqan, 22-düymlük təkər diskləri, qabaq splitterdən, ətəklərdən, karbon arxa spoylerdən və arxa bamperdə əlavələrdən ibarən olan yeni ban asması ilə təchiz edilib.

“AC Schnitzer”-in yeniliyinin qiyməti barədə məlumat verilmir.

AUTO.AZ



teqlər:
BMW, BMW X6, AC Schnitzer 27.10.2015

Şərhlər


AD